Əlilliyi olan şəxslərin avtomobillə təminatı istiqamətində görülən işlər davam etdirilir. Postmüharibə dövründə bu kateqoriyadan olan 567 nəfərə avtomobil təqdim edilib. Ümumilikdə isə indiyədək 7 700 əlilliyi olan şəxs avtomobillə təmin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə bu sahədə işlər 2026-cı ildə də davam etdiriləcək.