AZ

İran parlamenti Xamenei və Trampla bağlı qəribə bəyanat yaydı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran İslam Şurasının deputatları ABŞ Prezidenti Donald Trampı “Firon”, Ali rəhbər Əli Xameneini isə onu məhv edəcək “Musa” adlandırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin bəyanatında qeyd edilib.

Parlamentin iclasında oxunan bəyanatda bildirilir ki, “Xamenei Trampa və onun tərəfdarlarına zillətin dadını daddıracaq”.

Bəyanatın digər hissəsində ABŞ Prezidentinə müraciət edilib:

“Rəhbərimiz sizi möminlərin və dünyanın məzlumlarının qəzəb dənizində batıracaq ki, bu, küfr və dünya təkəbbür sahibləri üçün bir ibrət olsun”.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
globalinfo.az

2Mənbələr