AZ

Həddindən artıq istilər yanğına səbəb oldu Ölənlər var

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çilidə ən azı 18 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Çilinin mərkəzi və cənubunda tüğyan edən meşə yanğınları minlərlə hektar meşə sahəsinin məhv olmasına və çoxlu sayda evin dağılmasına səbəb olub.

Rəsmilər bildiriblər ki, Cənubi Amerika ölkəsində həddindən artıq istilər hökm sürür.

Çili prezidenti Qabriel Boric, paytaxt Santyaqodan təxminən 500 kilometr cənubda yerləşən mərkəzi Biobio bölgəsində və qonşu Nuble bölgəsində fövqəladə vəziyyət elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
unikal.az

1Mənbələr