AZ

Siyəzəndə qəza baş verən içməli su xətti bərpa olunub

Siyəzən, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə içməli su xəttində baş verən qəza aradan qaldırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 18-i axşam saatlarında şəhəri içməli su ilə təmin edən əsas su xəttində baş verən qəza səbəbindən şəhərin 10 küçəsinə içməli suyun verilməsi məhdudlaşdırılmışdı.

Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri su borusu təmir edərək səhər saatlarından şəhərə içməli suyun verilişini təmin ediblər.

Seçilən
130
1
azertag.az

2Mənbələr