AZ

Əraqçi ilə bağlı verilən qərar qəzəb doğurdu

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna dəvət olunması etirazlara səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran”  teleqram kanalı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Əraqçinin adı Forumun spikerlər siyahısına heç bir açıqlama verilmədən, gizli şəkildə əlavə edilib:

“Nüvə İranına Qarşı Birlik” (UANI) təşkilatının direktoru Ceyson Brodski bildirib ki, nazirin siyahıya salınması şəffaflıqdan kənar aparılıb və ciddi suallar doğurur.

UANI Ümumdünya İqtisadi Forumuna rəsmi məktub ünvanlayaraq Əraqçinin Davosa dəvətinin ləğv edilməsini tələb edib.

Təşkilat bu addımı son aylarda İranda yaşanan ən böyük qırğın fonunda verilmiş utancverici qərar kimi dəyərləndirib”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
125
globalinfo.az

1Mənbələr