Xəbər verdiyimiz kimi, bölgələrdə qarlı-şaxtalı hava müşahidə olunur. "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı-Məlikçobanlı-Göylər kəndində yolları qardan təmizləyir. Sürücülərin və sakinlərin təhlükəsiz hərəkəti üçün yollara qum və duz məhlulları səpilir.
İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti Şamaxı-Birinci Çaylı kənd yolu və Şamaxı-Quşçu kənd yolunu da qardan təmizlənir
İdarənin əməkdaşları yollarda buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunur. Göründüyü kimi, adıçəkilən yollarda avtomobillərin hərəkəti bərpa olunub.