AZ

İranda son hadisələrdə 3,7 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb

Bakı. Trend:

İranda baş verən son hadisələr zamanı hüquq-mühafizəorqanlarının 3,7 mindən çox əməkdaşı yaralanıb.

Trend-inməlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik vəXarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bu gün Tehrandakeçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaralıların sayı olduqca çoxdur və say iləəlaqədar dəqiqləşmiş statistika yoxdur.

Əzizi bildirib ki, hüquq-mühafizə orqanlarına məxsus 2,2 mindənçox avtomobil və təchizata ciddi ziyan dəyib.

Parlament rəsmisi qeyd edib ki, hadisələr zamanı 250-dən çoxməktəbə, 300 məscidə və 90 dini mədrəsələrə ziyan dəyib.

Əzizi ölkədə hadisələr zamanı ölənlərin sayı ilə əlaqədarstatistikanın hazırlanmaqda olduğunu və elan ediləcəyini deyib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə ölkədə etirazaksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğubildirilsə də, say haqda məlumat verilməyib.

Seçilən
139
1
az.trend.az

2Mənbələr