AZ

Pensiyalar nə qədər artıb? RƏSMİ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keçən ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi məlumat yayıb.

Bildirilib ki, pensiyaların orta aylıq məbləği 9 faiz artımla 543 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 578 manata çatıb.

Son bir ildə 41 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 178 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr