AZ

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO VİDEO 

Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçının qış mövsümündə daha bir maraqlı görüntü müşahidə edilib. Ağ örpəyə bürünən dağların yamacında görünən cüyürlər diqqəti cəlb edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maraqlı görüntülər Laçın rayonunun Mişni kəndi ərazisində qeydə alınıb. Yamac boyunca hərəkət edən və qış mövsümündə yem axtarışında olan cüyürlərin hərəkəti maraqlı anlara səbəb olub.

Qeyd edək ki, gözəl təbiəti olan Laçın zəngin flora və faunaya malikdir. Laçın təbiətində qonur ayı, canavar, tülkü, qayakeçisi və ya Bezoar keçi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Seçilən
17
1
azerbaijan-news.az

2Mənbələr