Pakistanın Gilgit şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 35 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.