AZ

Pezeşkian Laricaniyə məsləhət verdi

Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Əli Laricaniyə internetlə bağlı məsləhət verib.

"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, o, İran Prezidenti onlayn biznesin təşviqi və ünsiyyətdəki məhdudiyyətlərin yumşaldılması zərurətini nəzərə alaraq, internet istifadəsinə qoyulan məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmağı məsləhət görüb.

Xatırladaq ki, İslam Respublikasında bu məhdudiyyət dekabrın 28-də başlamış kütləvi etiraz aksiyaları və ardınca iğtişaşlardan sonra qoyulub.

Qanunvericiliyinə əsasən, AMTŞ rəhbəri İran Prezidentidir.


Telegram kanalımız
Seçilən
147
yenisabah.az

1Mənbələr