AZ

Sabah Bakıya intensiv yağış yağacaq

Bakı.Trend:

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabiryağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara,nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. Mülayimşimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 0 dərəcədən müsbət 3dərəcədək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civəsütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir dumanolacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə mənfi 2 dərəcədən 6 dərəcəyək şaxta,gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8dərəcədən 13 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 13dərəcədən 18 dərəcəyədək şaxta, gündüz 3 dərəcədən 8 dərəcəyədəkşaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Məqalədə:
Seçilən
119
49
az.trend.az

10Mənbələr