AZ

“Yaradanı, dini, mənəviyyatını və ləyaqət yolunu inkar edən öz kimliyini alçaldır”

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İctimai şəxslərin üzərlərində iki böyük vəzifə var. Birincisi, onlar kəs Azərbaycan xalqının övladlarıdır, bu millətin ayrı-ayrı fərdləridir. İkincisi isə çalışdıqları qurumun, müəssisənin vəzifəli və rütbəli nümayəndələridirlər”.Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.O bildirib ki, buna görə də ictimai xadimlərin hər hansı bir məsələyə münasibət bildirməsi həm vətəndaşlıq mövqeyindən irəli gəlir, həm də təmsil etdikləri qurumun mahiyyətini ortaya qoyur:

“Xüsusilə son dövrlərdə bəzi media resurslarında yayımlanan görüntülər onu göstərir ki, bəzi şəxslər dinə qarşı, Allaha qarşı, Onun yoluna qarşı, Peyğəmbərləri hədəfə alan təhqiramiz ifadələr səsləndirirlər. Təəssüf ki, bu cür rəzil səhnələrə Azərbaycan kimi gözəl bir ölkədə də rast gəlinir. Bu görüntülər hər bir vətəndaşımızı, Azərbaycanı sevən, bu dövlətə bağlı olan insanları dərindən incidir və cəmiyyətdə ciddi təəssüf hissi yaradır. Əvvəla, insan anlamalıdır ki, inanıb-inanmamaq şəxsi məsələdir. Lakin inanc sahibi insanlar, vicdanlı və şəxsiyyətli fərdlər üçün Yaradanı, Onun yolunu, göndərdiyi kitabları və Peyğəmbərləri təhqir etmək son dərəcə ağır və alçaldıcı bir münasibətdir”. Onun sözlərinə görə, belə davranış sərgiləyən şəxslər heç vaxt cəmiyyət tərəfindən dəstək və hörmət görmürlər:“Çünki bir insan öz Yaradanını, dinini, mənəviyyatını və ləyaqət yolunu inkar edirsə, o, özünü cəmiyyətin, dinin və mənəvi dəyərlərin xaricinə itələmiş olur və nəticədə öz kimliyini alçaldır. Bu səbəbdən, insan nə qədər inancsız olsa belə, yer üzündə milyonlarla, milyardlarla inanc sahibi olan insanların, xüsusilə müsəlmanların və islam inancına mənsub şəxslərin əqidəsini təhqir etməyə heç kimin haqqı yoxdur. İnanmaq və ya inanmamaq şəxsi seçimdir. Amma insan fikir bildirərkən, danışarkən ətrafındakı insanların inancına və dəyərlərinə hörmət etməlidir. Çünki hörmət edən hörmət görər, sevən sevilər, dəyər verən isə təqdir olunar. Gəlin, bu dəyərləri unutmayaq”.Xatırladaq ki, Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən, eyni zamanda icra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı olan Habil Eyvazovun sosial şəbəkədə içkili halda canlı yayım açaraq dinə, peyğəmbərlərə, namaza və dəstəmaza istehzalı münasibət göstərib. Hansı ki, bu görüntülər təkcə dindarları yox, ümumilikdə cəmiyyətdə sağlam düşünən hər kəsi narahat etməyə kifayətdir.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr