AZ

Söyüş üstündə dava düşdü Maaşından hər ay pul tutulacaq: TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Tərlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və tanışı İlqara (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Göyçə kəndi ərazisində baş verib. Tərlan aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruq zərbəsi ilə İlqarın baş və sifət nahiyyəsinə vurub. Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş İlqar onun tanışıdır, həmin şəxslə aralarında normal münasibətlər olub: “Məlum hadisə günü, saat 23 radələrində kənddə yerləşən marketin yaxınlığında olarkən İlqarın mobil telefon danışığı zamanı qeyri-etik ifadələr işlətməsini eşitdim. Ona irad bildirdim, söyüş söyməməsini dedim. Həmin vaxt məni də söyərək təhqir etdi və yaxşı etdiyini bildirdi. Bundan əsəbləşərək əl zərbəsi ilə onun üz nahiyəsinə zərbə yetirdim, onu qəsdən döydüm. Həmin vaxt orada olan Xəlil adlı həmkəndlimiz bizim yanımıza gələrək bizi ayırdı. Sonra İlqar oradan getdi. Mən də yaşadığım evə getdim, yatdım. Ertəsi gün yuxudan oyandım, Şəmkir şəhərinə gəldim. Orada olarkən İlqar mənə zəng etdi”. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Tərlan hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası alıb.Fariz Məlikli

Demokrat.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr