AZ

Lebron Ceyms NBA-da unikal göstəriciyə imza atıb

Bakı, 19 yanvar, AZƏRTAC

“Los-Anceles Leykers” klubunun ulduz oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində unikal göstəriciyə imza atıb.

AZƏRTAC xəbər verir ki, o, üç fərqli komanda üzərində ən azı 60 qələbə qazanmaqla yanaşı, bu oyunlarda qalibiyyət faizini 64 faizdən aşağı salmayıb. 41 yaşlı oyunçu bunu reallaşdıran yeganə basketbolçu olub.

Təcrübəli hücumçu “İndiana Peysers”ə qarşı oyunların 64 faizində qalib gələrək 63, “Atlanta Hoks” üzərində 76 faizlə 60, “Toronto Reptors”la qarşılaşmalarda isə 77 faiz göstərici ilə 60 qələbə əldə edib.

Qeyd edək ki, Lebron Ceyms bu göstəriciyə komandasının “Toronto Reptors” üzərində 110:93 hesablı qələbə qazandığı oyunda nail olub.

Seçilən
151
1
azertag.az

2Mənbələr