Bakıda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyununun hakimləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmanı İsveçrədən olan Sandro Şerer idarə edəcək. Ona Stefan De Almeyda və Yonas Erni kömək edəcəklər.
Dördüncü hakim Yohannes fon Mandak olacaq. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fendriks çalışacaq.
Oyun yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.