AZ

Azərbaycan qrossmeysteri prestijli turnirdə lideri izləyir

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən prestijli “Tata Steel Challengers” turnirində lideri izləyir.

İdman.Biz-in məlumatına görə, turnirin ilk turunda Süleymanlı güclü yerli şahmatçı Ervin L’Ami üzərində qələbə qazanıb. İkinci turda isə qrossmeysterimiz Qazaxıstan təmsilçisi Bibisara Assaubayeva ilə heç-heçə edib.

İki turun sonunda Süleymanlının hesabında 1,5 xal var və o, ikinci–beşinci yerləri paylaşır. Əlavə göstəricilər üzrə isə üçüncü sıradadır. Turnirdə iki xal toplayan Çin təmsilçisi Lu Myaoi liderlik edir.

Qeyd edək ki, “Tata Steel Challengers” turnirinin qalibi Veyk-an-Zeedə keçirilən əsas “Masters” turnirinə vəsiqə qazanacaq.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı “Challengers” turnirində birinci–ikinci yerləri bölüşmüş, lakin əlavə göstəricilər üzrə ikinci olduğu üçün əsas turnirə vəsiqə qazana bilməmişdi.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
1
icma.az

2Mənbələr