Bakı şəhəri, Nizami rayonunda yerləşən Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin 1 “D” sinfində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Tədbir zamanı şagirdlər məktəbin həyətindəki Milli Qəhrəman Yuli Kavalyovun də digər şəhidlərin abidəsi önünə gül dəstələri düzüblər. Eyni zamanda, məktəblilərin 20 Yanvar hadisələrinə həsr olunmuş əl işləri, rəsmlər və tematik guşələr nümayiş etdirilib.Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov, Bakı şəhəri Nizami rayonu 210 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsinin direktoru Həqiqət Gülalıyeva, eləcə də Bakı şəhəri 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin direktor müavini Günay Ağaqızı çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi yer tutduğunu vurğulayıb, bu cür tədbirlərin uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildiriblər.Sonda şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, şeirlər səsləndirib, səhnəciklər nümayiş etdiriblər. Seyranə Quliyeva Missiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta