Azərbaycada "Qəbələ" və "Zirə"də çıxış etmiş Klesio Bauk klubsuz qalıb.
Bu barədə QOL.az-a açıqlamasında mozambikli futbolçu özü mılumat verib.
30 yaşlı yarımmüdafiəçi ötən ilin mart ayından çıxış etdiyi “Black Bulls” klubundan ayrılıb. O, hələlik heç bir klubdan təklif almadığını bildirib.
Qeyd edək ki, Klesio Bauk 2019-20 və 2024-cü ildə “Qəbələ”də, 2020-21 mövsümündə isə “Zirə”də çıxış edib.