ain.az bildirir, Reyting.az portalına istinadən.
Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə hücum edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Xarkov meri İqor Terexov yayıb.
Onun sözlərinə görə, şəhərin Slobodski rayonuna düşmən hücumu qeydə alınıb.
İ. Terexov bildirib ki, düşmən şəhəri atəşə tutmağa davam edib.
Xarkov Xüsusi Əməliyyat Qüvvələrinin rəisi Oleq Sinequbov Xarkovda bir sıra partlayışlar baş verdiyini açıqlayıb.
O, şəhərin Slobodski rayonuna da bir neçə zərbə endirildiyini təsdiqləyib.
Bu saatlarda isə Hərbi Hava Qüvvələri şimal-şərqdən ballistik raket təhlükəsi barədə məlumat verib.
Xatırladaq ki, yanvarın 17 və 18-də də Xarkov şəhərinə hücum olub.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.