AZ

Gürcüstan etirazları: Tbilisidə İrandakı müqavimətin əks-sədası – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Fox News" telekanalı Gürcüstandakı kütləvi etirazlara dair məqalə dərc edərək, ölkədəki vəziyyəti təhlil edib. Məqalədə vurğulanır ki, nümayişlər rusiyayönümlü "Gürcü Arzusu" partiyasının seçkilərdə qələbə elan etməsi və ölkənin Avropa İttifaqına inteqrasiyasını dayandırmasından sonra başlayıb.

Soyuq havaya və polis zorakılığına baxmayaraq küçələrə çıxan gürcü nümayişçilər öz mübarizələrini İrandakı rejim əleyhinə etirazlarla müqayisə edirlər.

Gürcüstanın keçmiş müdafiə naziri Tinatin Xidaşeli bildirib ki, İrandakı hadisələr etirazçılara ruh yüksəkliyi verir: "Əgər insanlar daha despotik bir rejimə müqavimət göstərə bilirlərsə, deməli, Gürcüstandakı mübarizə də əbəs deyil".

Nəşr qeyd edir ki, xalq korrupsiya və qeyri-populyar rejimlə mübarizədə qətiyyətlidir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr