
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfər edəcəyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
Simonyan səfərin dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib.
"Mən Rusiyaya səfərə hazırlaşıram. Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko burada idi, mən qarşılıqlı səfər üçün dəvət aldım”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, səfər rəsmi olacaq.
Daşqın HəsənovMissiya.Az