ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.
Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub.
Bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.