Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yerli mediada yayılan məlumata görə, hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. İddialara əsasən, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində saxlanılıb.
Bildirilir ki, həmin şəxs Ümid Partiyasının sədrinin dostu və həmyerlisidir.
Məsələ ilə bağlı “Cebheinfo.az” Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulamı ilə əlaqə saxlayıb. T.Qulamı yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, şəxs partiya qərargahının daxilində deyil, binanın yaxınlığında saxlanılıb:
“Əməliyyatın Ümid Partiyasına heç bir aidiyyəti yoxdur. Məlumata görə bir nəfər həbs olunub. O, sadəcə olaraq partiya qərargahının yaxınlığında saxlanılıb. Saxlanma yeri ilə bağlı mətbuatda yanlış məlumat yayılıb. Sadəcə məkan olaraq yaxınlıqda həbs olunub. Məlumata görə, həmin şəxs axtarışda olub”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.