AZ

Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı 99 KO 880 VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-KO-880 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikleti sıxışdırıb. Sürücü sağ zolaqda hərəkət edən motosikletçiyə üstünlük vermədən qəfil sağa manevr edib və təhlükəli vəziyyət yaradıb.

Xoşbəxtlikdən, motosikletçi ehtiyatlı davranaraq vaxtında siqnal verib və baş verəcək qəzanın qarşısını alıb.

Qeyd edək ki, zolaq dəyişərkən digər hərəkət iştirakçılarına yol vermək yol hərəkəti qaydalarının əsas tələblərindəndir. Xüsusilə motosikletlər kimi daha az görünən nəqliyyat vasitələrinə qarşı diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Sürücülər manevr etməzdən əvvəl ətrafı diqqətlə yoxlamalı və yol təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar.

Nərmin

Oxunub 170

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
avtosfer.az

1Mənbələr