AZ

Mənzillərin paylanması şəffaf püşkatma ilə aparılır - QHT sədri

"Dövlət Proqramı çərçivəsində bərpa olunan yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin köçürülməsi sistemli şəkildə həyata keçirilir. Komitənin vahid elektron bazası və monitorinq qrupu vasitəsilə ağır şəraitdə yaşayan ailələr ilkin mərhələdə seçilir. Mənzillər otaq sayına uyğun kodlaşdırılır və şəffaf püşkatma prosesi ilə ailələrə verilir. Şəhid ailələri püşkatmadan azad edilir, onların statusu və razılığı nəzərə alınır".

QHT.az xəbər verir ki, bu sözləri "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura prosesin qanunauyğun və şəffaf keçirilməsini izləyir və sosial şəbəkələrdəki əsassız ittihamları araşdırır. Məcburi köçkünlər həm köç, həm də məşğulluq və sosial məsələlərdə Komitənin dəstəyi ilə məlumatlandırılır:

"Şura Komitə ilə əməkdaşlıq edərək vətəndaşların hüquqlarının qorunmasına və prosesin düzgün aparılmasına nəzarət edir. Bu yanaşma Prezident İlham Əliyevin “İctimai nəzarət vacibdir” prinsipini reallaşdırır".

Seçilən
42
qht.az

1Mənbələr