Bakı. Trend:
Kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarıgenişləndiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsininbugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Qanun layihəsinə əsasən, xarici prodüserləri AzərbaycanRespublikasının ərazisində film istehsalına cəlb etmək üçüntəşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövləthimayəsinin əsas formaları siyahısına əlavə ediləcək.
Belə ki, dəyişikliklə xarici prodüserlərin AzərbaycanRespublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlətsiyasətinin ayrıca istiqaməti kimi təsbit olunacaq. Bu, ölkəninbeynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanıninkişafına xidmət edəcək.