ABŞ Vladimir Putini Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib.
"Yeni Sabah" RBC-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
"Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu sülh şurasına qoşulmaq üçün dəvət alıb. Hazırda bu təklifin bütün detallarını öyrənir və bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə saxlamağa ümid edirik", - Peskov bildirib.
ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasının yaradıldığını 16 yanvar 2026-cı ildə elan edib. Bu təşkilatın yaradılması beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, Amerika liderinin Qəzza üçün sülh planının bir hissəsi idi. İcra komitəsinə ABŞ Dövlət katibi Marko Rubio, Trampın xüsusi elçisi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler daxil olacaq.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq üçün dəvət alan ilk şəxslərdən biri olub.
Bloomberg-in məlumatına görə, ABŞ hakimiyyəti Qəzza zolağı üçün Beynəlxalq Sülh Şurasında daimi üzvlük təmin etmək istəyən ölkələrdən ən azı 1 milyard dollar ianə etmələrini istəyir.
Telegram kanalımız