AZ

Ərəblər Burak Özçiviti qara siyahıya salıblar - Səbəbi isə...

Məşhur aktyor Burak Özçivitin bu il Səudiyyə Ərəbistanında keçirilən "Joy Awards" Mükafatlandırma mərasiminə dəvət olunmayıb. 

"Unikal" xəbər verir ki, ərəb dünyasında böyük bir pərəstişkar bazası olan Özçivitin mərasimdə iştirak etməməsi diqqət çəkib və onun "qara siyahıda" olması ilə bağlı şayiələr yayılmağa başlayıb.

Türkiyəli jurnalist Birsen Altuntaşın sözlərinə görə, Özçivitin mərasimə dəvət olunmamasının səbəbi keçmişdə baş verən hadisə olub. İddialara görə, ötən il tədbirə həyat yoldaşı Fahriye Evcen ilə birlikdə qatılan məşhur aktyor oturacaqların təşkilindən narazı qalıb və sosial mediada təşkilatı tənqid edən bir mesaj paylaşıb. Paylaşım qısa müddət sonra silinsə də, təşkilat komitəsinin vəziyyəti nəzərə aldığı iddia edilir.

Şayiələrə görə, Burak Özçivit bu hadisədən sonra "Joy Awards" təşkilatı tərəfindən qara siyahıya salınıb. Özçivitin son zamanlar Səudiyyə Ərəbistanı əvəzinə Rusiyada və Türk Cümhuriyyətlərində daha tez-tez görünməsi də bu iddiaları gücləndirən detallardan biridir.

Gülayə Mecid 

Seçilən
143
50
unikal.az

10Mənbələr