AZ

Ekspert: Azərbaycanda süni intellekt ekosisteminin inkişafı üçün əsas maneə “Big Data” bazalarının çatışmazlığıdır

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanda süni intellekt ekosisteminin inkişafı üçün əsas maneə nədir?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov,ekspert AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellekt ekosisteminin inkişafı qarşısında dayanan ən böyük maneə keyfiyyətli “böyük məlumat” (Big Data) bazalarının çatışmazlığı və kadr potensialının hələ formalaşma mərhələsində olmasıdır.

“Süni intellekt modellərinin effektiv işləməsi üçün strukturlaşdırılmış rəqəmsal məlumatlar zəruridir, lakin ölkəmizdə bir çox sahədə məlumatlar hələ də pərakəndə haldadır və vahid mərkəzdən idarə olunmur. Bu infrastruktur boşluğu, yüksək ixtisaslı mütəxəssislərin (məlumat mühəndisləri və süni intellekt memarları) qıtlığı ilə birləşdikdə, yerli ekosistemin qlobal rəqabətə qoşulmasını ləngidir”, - deyə ekspert vurğulayıb.

Seçilən
41
1
azertag.az

2Mənbələr