Bakı. Trend:
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyininrayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832boşanma halları qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədəəhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə,boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.