AZ

Azərbaycan əhalisinin sayı açıqlanıb

2025-ci ilin yanvar-noyabr aylarında əhalinin sayı 34812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının1-i vəziyyətinə 10259701 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Məlumata görə, 2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşmüşdür.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olmuşdur.

Seçilən
61
18
xezerxeber.az

10Mənbələr