AZ

"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

2025-ci ilin sonunda "Ziraat Bank Azərbaycan" ASC-nin cəmi aktivləri 1 milyard 367 milyon 735 min manata çatıb.

Marja xəbər verir ki, bu, 2024-cü ilin sonundakı 921 milyon 126 min manat ilə müqayisədə 446 milyon 609 min manat və ya 48,5 faiz artım deməkdir.

Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə:

• 2025-ci il: 766 milyon 855 min manat,

• 2024-cü il: 529 milyon 713 min manat.

Bankın kredit portfelində illik artım 237 milyon 142 min manat və ya 44,8 faiz təşkil edib.

Aktivlər və kredit portfelindəki artım bankın real sektora maliyyələşməni artırdığını və bazardakı payını daha da genişləndirdiyini göstərir.

İş elanları AzVak.az-da

Seçilən
43
marja.az

1Mənbələr