AZ

Məktəb avtobusu qəzaya düşdü: 11 şagird həlak oldu

Cənubi Afrika Respublikasında məktəb avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 11 məktəbli həyatını itirib, 5 nəfər isə xəsarət alıb. AzPost xəbər verir ki, hadisə ölkənin şimalında, Yohannesburqdan təxminən 70 kilometr cənubda yerləşən Fanderbeylpark şəhəri yaxınlığında baş verib. Bu barədə yanvarın 19-da SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, məktəb avtobusu samosvallə toqquşub. Zərbənin təsirindən avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində ibtidai və orta məktəb şagirdləri arasında ölən və yaralananlar olub.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Seçilən
80
1
azpost.info

2Mənbələr