AZ

Ötən il yük və sərnişin daşımalarında bu qədər artım olub

Bakı.Trend:

2025-ci ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədəmüvafiq olaraq 1,8 faiz və 6,1 faiz artıb.

Trend-inməlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosialinkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən 243,2 milyon ton yük daşınıb.Yüklərin 3,7 faizi dəniz, 6,9 faizi dəmir yolu, 0,2 faizi hava,62,4 faizi avtomobil nəqliyyatı, 26,8 faizi isə boru kəməri ilədaşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmışyüklərin həcmi 3,2 faiz artmış, daşınmış yüklərin ümumi həcmində busektorun xüsusi çəkisi 80,4 faiz təşkil edib. 2025-ci ildənəqliyyatçılar 2215,1 milyon sərnişinə xidmət göstərmişlər.Sərnişinlərin 89,1 faizi avtomobil nəqliyyatı, 10,2 faizi metro,qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Seçilən
27
2
az.trend.az

3Mənbələr