AZ

Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il hesabatını açıqladı

2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) 2025-ci il ərzində hüquqi maarifləndirmə, normativ hüquqi aktların təhlili və ekspertizası, hüquqi tədqiqat və nəşr fəaliyyəti üzrə həyata keçirdiyi işlərin nəticələrini əks etdirən hesabatını ictimaiyyətə təqdim edib.Metbuat.az xəbər verir ki, hesabat dövründə İnstitutun fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş ekspertiza əsas prioritetlərdən biri olub. Bu çərçivədə 12 normativ hüquqi akt layihələr üzrə ekspertiza təhlil aparılıb,rəy və təkliflər hazırlanıb. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları əsasında 7 təklifhazırlanıb və 6 beynəlxalq hüquqi sənədin tərcüməsi həyata keçirilib.İnstitutun cəmiyyətin hüquqi biliklərinin artırılmasına yönəlmiş fəaliyyəti 2025-ci ildə də geniş miqyasda davam etdirilib. “Heydər Əliyev: cinayətkarlıqla mübarizə”, “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı”, “Sosial davranış. Polis və gənclər”, “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası”, “Uşaq hüquqlarının müdafiəsi” və digər aktual mövzular üzrə ümumilikdə 67 təlim və tədbir təşkil olunub. Bu tədbirlərdə 3114 vətəndaşın iştirakı hüquqi maarifləndirmə fəaliyyətinin geniş ictimai əhatəyə malik olduğunu göstərir.“Konstitusiya və Suverenlik İli” çərçivəsində İnstitutun tədqiqat və nəşr fəaliyyəti istiqamətindəmühüm təşəbbüslər reallaşdırılıb. “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab nəşr edilib və onun təqdimatı 19 ali təhsil müəssisəsində, AMEA-nın 2 Elmi mərkəzində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təşkil olunub. 22 təqdimat tədbiri çərçivəsində 1473iştirakçı, o cümlədən elmi işçilər, pedaqoji heyət üzvləri, tələbələr, məhkəmə əməkdaşları, hüquqşünaslar və media nümayəndələri ilə geniş müzakirələr aparılıb.Hüquqi biliklərin sistemləşdirilməsi məqsədilə 3500-dən artıq hüquq terminini əhatə edən izahlı “Hüquq terminləri lüğəti”, eləcə də “Akademik hüquqi yazı kitabçası” nəşr olunub. Bundan əlavə, 3 monitorinq hesabatı hazırlanıb. Həmin hesabatlardan biri hüquq jurnallarına, ikisi isə onlayn mediada insan hüquqlarının pozulması hallarına həsr edilib. Cari ildə rəqəmsal hüquqi resursların inkişafı da İnstitutun diqqət mərkəzində olub. “Hüquq və insan haqları virtual kitabxana”sı502 yeni hüquqi vəsaitlə zənginləşdirilib, hazırda burada hüququn müxtəlif sahələrini əhatə edən 2211 vəsait vardır. Eyni zamanda, “Praktikaya Aid Siqnallar Sorğusu (PASS) platforması” vasitəsilə vətəndaşlar tərəfindən qanunvericiliyin tətbiq olunması mexanizmlərinin təkmilləşdirilməsinə dair 46 təklif irəli sürülüb.

İnstitutun 2025-ci il üzrə hesabatı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://lhri.az/az/articles/i-llik-hesabat-2025

Seçilən
112
5
metbuat.az

6Mənbələr