Bakı. Trend:
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabraylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə virusluhepatit A ilə (96,8 faiz), viruslu hepatit C ilə (61,5 faiz),skarlatina ilə (56,4 faiz), törədicisi müəyyən olunmuş enteritlər,kolitlər, qastroenteritlər, qida zəhərlənmələri ilə (48,5 faiz),qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (37,3 faiz), pedikulyoz ilə(19,3 faiz), qonokokk infeksiyası ilə (19,1 faiz) xəstələnməhalları azalıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, göyöskürək və malyariya, kəskin poliomielit,epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu,difteriya, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətləqeydə alınmayıb.
Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılanprofilaktik tədbirlər nəticəsində yoluxucu xəstəliklər üzrə sabitepidemioloji vəziyyət müşahidə olunsa da, 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində əhali arasındabrusellyoz, kəskin hepatit B, qoturluq və su çiçəyi ilə xəstələnməhallarında artım müşahidə olunub.