AZ

DSK: əhalinin gəlirləri 5.8%, qiymətlər isə 5.2% artıb

2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirlərində artım qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumat yayıb.

Belə ki, əhalinin nominal gəlirləri 80 milyard 747.2 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 8.1%, əvvəlki dövrlə müqayisədə isə 6.3% artım deməkdir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 7 883.4 manat olub. Bu göstərici illik müqayisədə 7.7%, əvvəlki dövrlə müqayisədə isə 5.8% artıb.

Eyni zamanda, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 5.2 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4 faiz, qeyri-qida məhsulları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.7 faiz təşkil etmişdir. 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.6 faiz təşkil etmişdir.

Seçilən
50
1
banker.az

2Mənbələr