AZ

Çex Respublikasında silahlı hücum olub, ölən və yaralananlar var

Çex Respublikasında silahlı insident baş verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Praqanın Çribska qəsəbəsində baş verən hadisədə bir qadın ölüb, polis nəfəri də daxil olmaqla dörd nəfər yaralanıb.

Məlumata görə, hücumu törədən şəxs polislə qarşıdurmada öldürülüb.

Hələlik hücumun hansı səbəblə baş verdiyi ilə bağlı detallar açıqlanmayıb.

Seçilən
23
1
apa.az

2Mənbələr