AZ

“Bloomberg”: Almaniyanın Ukraynada dron sınaqları uğursuz olub

ain.az, Ayna saytına istinadən bildirir.

Kiyev uğursuz sınaqlardan sonra Almaniyanın “Helsing” şirkətindən aldığı PUA sifarişlərini ləğv edib

Kiyev cəbhə xətti yaxınlığında uğursuz dron sınaqlarından sonra Almaniyanın “Helsing” şirkətindən əlavə hücum dronları sifarişini dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Bundesverin hesabatına istinadən məlumat yayıb.

HX-2 modeli 100 km mənzilli və 220 km/saat sürətə malik PUA-dır. HX-2 elektron müharibədən yayınmaq üçün süni intellekt (Sİ) proqram təminatı ilə təchiz olunub. Məlum olub ki, Ukraynada Sİ komponentləri yoxdur və bu da operator-dron rabitəsini elektron müharibəyə qarşı həssas edir.

Həmçinin bildirilib ki, Ukrayna hərbçiləri HX-2-ni işə salmaqda çətinlik çəkiblər - dronların yalnız dörddə biri havaya qalxıb.

Agentliyin məlumatına görə, bu, dronları işə salan katapultdakı mexaniki nasazlıqla əlaqədardır. Uğursuz sınaqlar şirkətin məhsullarına tələbatın azalmasına səbəb olub. Xüsusilə, Kiyevə tədarük edilən dronların pulunu ödəyən Almaniya əlavə sifariş verməyi planlaşdırmır.

“Helsing” özü Almaniya Müdafiə Nazirliyinin hesabatından xəbərdar olmadığını və pilotsuz təyyarəsinin buraxılışı ilə bağlı problemlər barədə məlumatları “etibarsız” adlandırıb. Şirkətin məlumatına görə, ən azı altı Ukrayna ordusu bölməsi HX-2 ilə bağlı sorğu təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
ayna.az

1Mənbələr