Paulo Dibala A Seriyasının tarixinə düşüb.
İdmanxeber.az xəbər verir ki, “Roma”nın hücumçusu 21-ci turda “Torino” ilə oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da Dibala 2006/07 mövsümündən bəri A Seriyasında 200 məhsuldar hərəkətə (131 qol, 69 assist) çatan ən məhsuldar əcnəbi futbolçu olub.
Qeyd edək ki, 32 yaşlı argentinalı 2022-ci ildən “Roma”nın formasını geyinir, daha əvvəl isə “Yuventus”da çıxış edib.