AZ

Ümid Partiyasından qərargahda əməliyyat xəbərinə reaksiya İQBAL AĞAZADƏ POLİSLƏRƏ UĞURLAR ARZULAYIB

ain.az, Gununsesi saytına istinadən bildirir.

Sabiq deputat İqbal Ağazadənin lideri olduğu Ümid Partiyası Gununsesi.info-nun “Ümid Partiyasında əməliyyat – HƏBS EDİLƏN VAR” başlıqlı xəbərinə dair açıqlama yayıb.

Qeyd edək ki, həmin xəbərdə hüquq-mühafizə orqanlarının Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirməsindən bəhs olunub.

Məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.

Azərbaycan Ümid Partiyasının Təbliğat və İnformasiya şöbəsi isə  “gununsesi.info” saytında gedən “Ümid Partiyasında əməliyyat” başlıqlı yazıya “təəssüf” etdiyini bəyan edib.

Bildiririk ki, saytın rəhbəri Pərviz Həşimli ilə partiya sədrinin danışması və müfəssəl informasiya verilməsinə baxmayaraq, sensasiya xətrinə belə bir başlıq seçilib.

17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.

Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir.

Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.

Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
2
icma.az

3Mənbələr