Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 2965 kiloqram qızıl hasil olunub.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, əvvəlki illə müqayisədə qızılhasilatı 301,6 kiloqram və ya 11,3 faiz artıb. 2024-cü ildəAzərbaycanda 2663 kiloqram qızıl çıxarılmışdı.
Cari ilin yanvar ayının 1-ə olan vəziyyətə görə ölkədə hazırqızıl ehtiyatlarının həcmi 43,1 kiloqram təşkil edib.
Eyni zamanda 2025-ci ildə ölkədə 3646 kiloqram gümüş hasilolunub ki, bu da əvvəlki ilə müqayisədə 461,1 kiloqram və ya 14,5faiz çoxdur.
Cari ilin yanvarın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüşehtiyatlarının həcmi 361,9 kiloqram təşkil edir.
Qeyd edək ki, hesabat ilində ölkədə mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 41,2 milyard manat olmaqla, əvvəlki ilənisbətən 1,0 faiz artıb.