ain.az bildirir, Avtosfer portalına istinadən.
Ağsu dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 18-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil, 10-OV-543 dövlət nömrə nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. İlkin məlumata əsasən, qəzaya səbəb sürücülərdən birinin ara məsafəsini düzgün təyin etməməsi olub.
Zərbənin təsirindən “VAZ” markalı avtomobil yol kənarına çıxıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 160
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.