Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasından şikayətçidir. O, adıçəkilən xəstəxanada pis rəftarla üzləşdiyini bildirib.Demokrat.az-a xəbər verir ki, hüquqşünas Aysel Süleymanova məsələ ilə bağlı açıqlamasında bildirib ki, xəstəxana həm tibbi standartlara, həm də xəstənin hüquqlarına cavabdehdir:“Əməliyyat zamanı əlavə anesteziyanın verilməməsi və ağrının düzgün qiymətləndirilməməsi tibbi protokolların pozulması deməkdir. Xəstə öz sağlamlığı barədə məlumat almaq və lazımi tibbi yardımı tələb etmək hüququna malikdir. Köçərlinin şikayətində bu hüquqlar açıq şəkildə pozulub. Xəstəxana və onun işçiləri şikayətə cavab verməli, araşdırma aparmalı və nəticələr barədə məlumat verməlidirlər. Vəd verilən araşdırmaların həyata keçirilməməsi hüquqi məsuliyyət yaradır. Belə hallarda xəstə Səhiyyə Nazirliyinə və ya İctimai Sağlamlıq Mərkəzinə rəsmi müraciət edə bilər. Tibbi ekspertiza tələb olunaraq hüquqi addımlar atıla və kompensasiya tələb oluna bilər. Nəticədə, xəstələrin hüquqlarının qorunması və tibbi xidmətin etik standartlara uyğun olması qanunla təmin edilir”.Onun sözlərinə görə, Azərbaycanda özəl xəstəxanaların fəaliyyəti qanunla tənzimlənir və dövlət tərəfindən müəyyən nəzarət mexanizmləri tətbiq olunur:“Səhiyyə Nazirliyi və onun tabeliyindəki Tibbi Nəzarət və Lisenziyalaşdırma Departamenti özəl tibb müəssisələrinin lisenziyalara, tibbi standartlara və sanitariya qaydalarına əməl edib-etmədiyini yoxlayır. Qanunvericilik baxımından əsas prinsip odur ki, özəl xəstəxanalar həm dövlət qaydalarına, həm də xəstənin hüquqlarına hörmət etməlidirlər. Dövlətin nəzarəti formal deyil, qanuni əsaslara söykənir və hüquqi prosedurlar vasitəsilə icra olunur”.Qeyd edək ki, yanvarın 14-də Bakıdakı “Liv Bona Dea” Hospitalda əməliyyat olunan “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli xəstəxana ilə bağlı ciddi ittihamlar səsləndirib. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən N.Köçərli xəstəxanada baxımsız vəziyyətdə qaldığını, tibbi personalın ona biganə yanaşdığını qeyd edib. Həyat yoldaşı Şahbaz Xuduoğlu ilə xəstəxanaya getdiyini vurğulayan sahibkar xanım qeyd edib ki, əməliyyat onlara naməlum olan səbəbdən 6 saat uzanıb və ailə üzvlərinə bu barədə heç bir açıqlama verilməyib.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.