AzVision.az xəbər verir ki, gəmi izləmə məlumatlarının təhlilinə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.
Manevrlər faktiki olaraq diqqətdən kənarda qalsa da, onların miqyası və mürəkkəbliyi ilk dəfə olaraq nəşrin jurnalistləri tərəfindən aşkarlanıb.
“Yanvarın 11-də təxminən 1400 Çin gəmisi eyni vaxtda balıq tutmağı dayandırıb və ya öz limanlarını tərk edərək bir ərazidə cəmləşib. Onlar uzunluğu 320 km-dən çox olan düzbucaqlı formasiya əmələ gətiriblər. Bu gəmilərin sıxlığı o dərəcədə olub ki,ki, yük gəmiləri hələ uzaq məsafədən onlardan yan keçmək və ya dalğıcvari manevrlər etmək məcburiyyətində qalıblar”, - xəbərdə vurğulanır.
Buna bənzər əməliyyat 2025-ci ilin dekabrında da keçirilib. Həmin vaxt təxminən 2000 balıqçı gəmisi hər biri 470 km uzunluğunda iki paralel xətt yaratmışdı.
Nəşrin müsahibə aldığı dənizçilik üzrə mütəxəssisllər və hərbi ekspertlər manevrləri hərbi əməliyyatlarda iştirak etmək üçün təlim keçmiş mülki balıqçı gəmilərindən ibarət Çinin dəniz milislərinin güclənməsinin sübutu kimi qiymətləndiriblər.
- Qeyri-adi birləşmələri ilk görən “İngeniSPACE” şirkətinin icraçı direktoru Ceyson Van qeyri-adi onların miqyasına heyran olub. O, bir neçə yüz, bəlkə də daha çox gəmi gördüyünü, lakin bu miqyasda və ya belə fərqli formalarda indiyədək şahidi olmadığını dedi”, - qəzet yazır.
Nəşrin fikrincə, münaqişə baş verərsə, məsələn, Çin Tayvan ətrafında dəniz yollarını bağlamaq və düşmənlərinin hərbi əməliyyatlarını çətinləşdirmək üçün on minlərlə mülki gəmini səfərbər edə bilər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta