AZ

“Klubumuz həmişə yüksək yerlər uğrunda mübarizə aparacaq” - Orxan Məmmədov

«Biz bəzi klubların təcrübəsindən görürük ki, məşqçi və futbolçularla iş düzgün qurulmayanda, böyük problemlər olur.

Bu, büdcənin böyüklüyünə, ad-sana baxmır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.

10 ildən artıqdır ölkə futboluna xidmət edən təcrübəli funksioner idarəçilik məsələsinin kifayət qədər önəm daşıdığını bildirib:

«Burada mühit vacibdir. Klubu yaradan gündən fikirləşmişik ki, ailə ab-havası olsun.

Bundan sonra da məqsədimiz yalnız budur.

Odur ki, düşünürəm ki, «Zirə» bu mövsüm də, gələn illərdə də, ümumiiyyətlə, həmişə yüksək yerlər uğrunda mübarizə aparacaq».

Seçilən
36
sportinfo.az

1Mənbələr