AZ

Türkiyəli aparıcı barəsində 10 ay müddətinə həbs qərarı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Türkiyəli aparıcısı, yazar və psixoloq Esra Ezmeci barəsində həbs qərarı verilib.

Axşam.az xəbər verir ki, buna səbəb onun İstanbul Beşiktaşdakı ofisindəki lövhədə "kliniki psixoloq" titulunu istifadə etməsi olub.

İstanbul Vilayət Sağlamlıq İdarəsinin yoxlamaları zamanı bu titulun faktiki təhsil və diplomla dəstəklənmədiyi aşkar olunub və ona qarşı hüquqi proses başlanıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun iddianaməsi əsasında məhkəmə Ezmecini "icazəsi olmayan peşə titulunu istifadə etmə" maddəsi ilə təqsirli bilib və barəsində 10 ay həbs cəzası qəbul edilib. Müəyyən şərtlər daxilində cəzanın icrası ertələnib.

Ezmeci öz nöbəsində bu tituldan istifadə etmədiyini bildirib. Lakin məhkəmə ofisdəki lövhədəki ifadəni əsas götürərək qərar verib. Aparıcı verilən qərara qarşı yuxarı instansiyaya üz tutub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
155
axsam.az

1Mənbələr