AZ

Araz Abdullayev maşınını satışa qoydu! - ondan Bakıda cəmi üç ədəd var

“Karvan-Yevlax”ın aparıcı futbolçularından Araz Abdullayev maşınını satışa çıxarıb. O, 10-BX-007 dövlət qeydiyyat nişanlı avtomobilini satır. 33 yaşlı futbolçu maşın satışı üzrə ixtişaslaşan “turbo.az” saytında “Nissan GT-R” markalı avtomobili üçün elan yerləşdirib.

Arazın 57 min dollara(96900 manat – red.) satışa çıxardığı bu maşından Bakıda cəmi üç ədəd var. 550 at gücü olan “Nissan”ı uzun müddətdi Araz özü sürür. 26 özünəməxsus özəlliyi olan avtomobil 2012-ci ildə istehsal olunub.

Əlbəttə, güman etmək olar ki, “Karvan-Yevlax”ın ulduzu bu maşını klubundakı maliyyə probleminə və ya əli aşağı olduğuna görə satmır. Sadəcə, Araz maşınını yeniləmək istəyir. Öz aramızdı, 2012 hara, 2026 hara! Allah müştəri yetirsin ki, Abdullayev də bütün fikrini yevlaxlıları elitada saxlamağa yönəldə bilsin...

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
60
1
football-plus.az

2Mənbələr