AZ

İctimai iaşə dövriyyəsi artıb

Bakı, 19 yanvar, AZƏRTAC

2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 12,2 faiz artaraq 2 milyard 808,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü illə müqayisədə 12 faiz artaraq 1 milyard 422,2 milyon manat olub.

 

Seçilən
97
5
azertag.az

10Mənbələr